Dünya futbolu
“Barselona” Braziliya futbolunun yeni ulduzuna göz qoyur

19.04.2026 | 17:40
“Barselona” Braziliya futbolunun yeni ulduzu olaraq qiymətləndirilən, “Palmeyras”ın 16 yaşlı sol cinah hücumçusu Eduardo Konseysaonun xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, “Barselona”nı yeniyetmə braziliyalı istedadın hücumda çoxyönlüyü – hücum xəttinin cinahlarında və hücumçuların altında oynamaq bacarığı cəlb edir.
Vurğulanır ki, “Barselona” keçidi razılaşdıra bilsə, yeniyetmə futbolçu 18 yaşının tamam olacağı 2028-ci ildə “blauqrana”nın düşərgəsinə keçə bilər.
Son xəbərlər





























