Azərbaycan futbolu
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada

24.04.2026 | 13:30
Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadə dünyanın tanınmış futbolçuları ilə bir turnirdə iştirak edəcək.
Sports.az xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi Türkiyənin “Volves” minifutbol komandasında oynayacaq.
Bu barədə "Volves"in rəsmi İnstaram səhifəsində məlumat paylaşılıb.
Təmkin Xəlilzadə hər il keçirilən "Golazo" turniri üçün heyətə cəlb edilib. "Volves"də Martin Şkrtel və Fernandao kimi futbolçular da oynayacaq. Turnirdə Rayan Babel, Rikardo Kuarejma, Elmander, Tuncay Şanlı kimi futbolçular da çıxış edəcək.
Qeyd edək ki, “Volves” həvəskar futbol , minifutbol və futzal liqalarında yarışan komandadır.
Son xəbərlər





























