“Zirə” üçüncü, “Sabah” ikinci dəfə finalda oynayacaq

“Zirə” üçüncü, “Sabah” ikinci dəfə finalda oynayacaq

"Zirə" Azərbaycan Kubokunun finalında üçüncü, "Sabah" isə ikinci dəfə iştirak edəcək.

Sports.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Zirə" yarımfinalda "Turan Tovuz"u (2:0, 0:0), "Sabah" isə "Qarabağ"ı (2:2, 2:1) mübarizədən kənarlaşdırıb. Qəsəbə klubu tarixində 3-cü dəfə finala yüksəlib. Zirənin eyniadlı təmsilçisi 2021/2022 və 2023/2024 mövsümlərində həlledici matçın iştirakçısı olub.

"Sabah" isə həm tarixində, həm də ardıcıl ikinci dəfə finalda oynayacaq. Ötən mövsümün qalibi titulunu qorumağa çalışacaq. Mayın 13-də üz-üzə gələcək rəqiblər əvvəlki final oyunlarında eyni komanda - "Qarabağ" ilə qarşılaşıblar.

Ümumilikdə isə 1992-ci ildən keçirilən yarışda 19 komanda finalda oynayıb: "Qarabağ" – 12, "Neftçi" - 11, "Şamaxı" – 6, "Xəzər Lənkəran", "Qəbələ" – 5, "Kəpəz" – 4, "Bakı", "Zirə" – 3, "Kür Nur", "Şəmkir", "Sumqayıt", "Sabah" – 2, "İnşaatçı", "Şəfa", Xəzri", "MKT-Araz", "Karvan", "Xəzər" L, "İnşaatçı" – 1.

Son xəbərlər
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi
“Milan” “Fiorentina”nın yarımmüdafiəçisini satın almaq niyyətindədir
Qurbanova Avropa üçüncüsü oldu
“İnter” Dumfrislə bağlı qayğılıdır
“Abşeron Lions” “Neftçi”yə qalib gəldi
“Liverpul”un qapıçısı A Seriyasına qayıtmaq istəyindədir
“Səbail”dən darmadağın
“Zirə” üçüncü, “Sabah” ikinci dəfə finalda oynayacaq
Üç qadın güləşçimiz üçün bürünc medal şansı
Liderlərdən böyükhesablı qələbələr
Taleh Ziyadov BEC-in İdarə Heyətinə seçilib
Arda Gülər üçün mövsüm bitdi
"Sabah" - "Qarabağ" matçında hakim qərarlarının doğru olduğu təsdiqləndi - VİDEO
Yamalın mövsümü erkən başa vurduğu açıqlandı
Millimiz Belarus yığması ilə qarşılaşacaq
“Fiorentina”nın qapıçısı “Yuventus”a keçə bilər
Azərbaycanı Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək
Azərbaycan yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşdi
“Milan”ın yay transfer bazarlığına ayırdığı məbləğ məlum oldu
De Yonqdan rekord
Tramp İranın əvəzinə İtaliya millisini istəyir
“Neftçi”də yeni kampaniya: Nəsildən-nəslə ötürülən sevgi!
Flikdən Yamalın zədəsı haqda açıqlama
“Hər iki çempionluğum mənə əzizdir” - Qurban Qurbanov
Azərbaycanın iki güləşçisi AÇ-də yarımfinala yüksəldi
Artetanın oğlu “Arsenal”da debüt etdi
Premyer Liqanı tərk edəcək ikinci komanda bəlli oldu
“Zalsburq”un bosniyalı istedadı A Seriyasına keçə bilər
Nəriman qələbəni kənardan izlədi
Yamal zədələndi
DAHA ÇOX

Ən çox oxunanlar