Dünya futbolu
Ranyeri “Roma”dan ayrıldı

24.04.2026 | 14:30
"Roma"nın idarə heyətinin müşaviri Klaudio Ranyeri vəzifəsindən ayrılıb.
Sports.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ayrılığın əsas səbəbi baş məşqçi Can Pyero Qasperini ilə yaranan fikir ayrılığıdır. Tərəflər transfer siyasəti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Qeyri-sabit nəticələr də tərəflər arasında gərginliyi artırıb.
Hazırda A Seriyasında 33 turdan sonra “Roma” 58 xalla 6-cı pillədə qərarlaşıb.
Ranyeri 2024-cü ilin noyabrında “Roma”nın baş məşqçisi təyin olunmuş və mövsümün sonuna qədər komandaya rəhbərlik etmişdi. Ötən ilin yayında isə o, müşavir kimi fəaliyyətə başlamışdı.
Son xəbərlər





























