Liderlərdən böyükhesablı qələbələr

Futzal üzrə Yüksək Liqada 17-ci turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, ilk matçda son çempion “Araz-Naxçıvan”la ortabab “Şuşa” qarşılaşıb.
“Qırmızı-ağlar” bu görüşdə darmadağına seviniblər.
Turun ikinci oyununa isə “Neftçi” İK böyük hesabla qalib gəlib.
“Baku Fire” is 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılır.
Araz-Naxçıvan – Şuşa 18:1
Qollar: Ədalət Ələkbərov, 1:29, 7:42, 36:48, 37:10. Felipe De Lima, 4:05. Ülvi Əliyev, 6:46, 19:50, 28:18. Covanni, 17:49, Peruzzo, 19:28, 21:58, Aleks, 24:47, 25:11, Amirhossein Rasuli, 25:23, 26:45, Mirzə Əmirov, 29:33, Teixeira Barbosa, 29:58, 38:18 - Elmin Qaçaylı, 35:36.
Neftçi İK – U-19 16:3
Qollar: Allef Maiolli, 9:02, 15:29, 21:15, 16:03, 30:25, 38:41, 39:06, 39:31. Lukas Ramos, 15:51, 26:03. Leonildo Rodriges, 22:14, 36:17. Yaqo Henrique, 23:58, 24:35, 36:26. Qustavo Rodriqes, 24:48 - İsmayıl Əhmədov, 13:53. Pünhan Qasımzadə, 25:50, Oqtay Mahmudzadə, 30:15.





























