Dünya futbolu
Milli komandada yeni baş məşqçi

24.04.2026 | 11:00
Georgios Donis Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunub.
Sports.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.
56 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Yunanıstanlı baş məşqçi bu postda Erve Renarı əvəzləyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı seçməsi bu il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının H qrupunda İspaniya, Kabo-Verde və Uruqvay yığmaları ilə üz-üzə gələcək.
Son xəbərlər





























