Azərbaycan futbolu
Babək Quliyevə UEFA-dan dəvət

05.05.2026 | 12:00
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan dəvət alıb.
Sports.az xəbər verir ki, o, Almaniyanın paytaxtı Berlində keçiriləcək UEFA hakim-inspektorlar üçün seminara qatılacaq.
Mayın 11-dən 13-dək təşkil olunacaq tədbirdə Avropanın müxtəlif ölkələrindən 70 UEFA hakim-inspektorun iştirakı nəzərdə tutulur.
Son xəbərlər





























