Mövsümün rekordu təkrarlandı

Mövsümün rekordu təkrarlandı

Misli Premyer Liqasının 30-cu turu “Kəpəz”in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.

Sports.az xəbər verir ki, “Sumqayıt”la ev oyununda (2:1) fərqlənən futbolçu bununla da mövsümün rekordunu təkrarlayıb.

86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan Raufa qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi “Araz-Naxçıvan”la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.

Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom (“Sumqayıt”) və Coy Lens Mikels (“Sabah”) penaltilərlə dubl edib, Toral Bayramov (“Qarabağ”) het-trik etdiyi qarşılaşmada iki dəfə “ağ nöqtə”dən fərqlənib. Raufa qədər Ramalinqom daha qısa müddətdə - 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, “Karvan-Yevlax”la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.

Son xəbərlər
“Atletiko”dan çətin qələbə
Avropa çempionatına 2 gümüş, 1 bürünc medalla start
“Çelsi” üçün ehtiyat seçim
Əli Cavadlı Avropa çempionatının finalında
Stolüstü tennisçilər Daşkəndə yollandılar
MY “Real”ın yarımmüdafiəçisini ələ keçirmək istəyir
Rəhim Həsənovdan 31-ci turun mübahisəli epizodlarına şərh - VİDEO
“Şəmkir” darmadağına üzüldü
“Çelsi” məşhur mütəxəssislə danışıqlarını davam etdirir
“Liverpul” Salaha əvəz tapıb
Əsgərova növbəti təyinat
Qocaman mütəxəssis İtaliya yığmasını çalışdırmağa hazırdır
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
“Yuventus”un müdafiəçisi İngiltərə nəhənglərinin maraq dairəsindədir
Baş məşqçisi “İpsviç Taun”dan ayrıla bilər
“Bizim də müəyyən planlarımız var” - Rəşad Sadıqov
1-ci Liqada 26-cı turun təyinatları açıqlandı
“Benfika” baş məşqçisini sərbəst buraxmağa hazırdır
“UFC Fight Night Baku” turnirinin bütün döyüşləri bəlli oldu
Əsas ulduzu “Roma”da qalmaq istəyir
40 yaşında dünya çempionatı üçün milliyə çağırıldı
“Real”ın oyunçuları komanda yoldaşlarından birinin satışını tələb edirlər
Qapıçısı PSJ-dən ayrıla bilər
Baş məşqçisi “Barselona” ilə müqaviləsini yenilədi
“Real”ın növbəti mövsümdə qoyuluş edəcəyi futbolçular məlum oldu
“Zirə” ilə qarşılaşmanı səbirsizliklə gözləyirik” - Dambrauskas
Beynəlxalq turnirdə üç medal
“Azərbaycandakı avtomobil yolları möhtəşəmdir”
Son 20 ilin ən uğursuz mövsümü
“Çelsi” məşhur mütəxəssisə geniş səlahiyyətlər verməyə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar