Azərbaycan futbolu
60-cı qol

05.05.2026 | 13:00
Leandro Andrade “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.
Sports.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 30-cu turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.
Leandro 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.
Qeyd edək ki, Leandro “Qarabağ”da ilk qolunu 2022-ci aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub.
Son xəbərlər





























