“Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq” - Rəşad Sadıqov

“Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq” - Rəşad Sadıqov

"Sabah" komandası mövsüm ərzində möhtəşəm və əla oyun nümayiş etdirib.

Sports.az xəbər verir ki, bu barədə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib.

Mütəxəssis Azərbaycan Kubokunun finalında bu rəqibə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

"Oyuna yaxşı hazırlaşmağa çalışırıq. Rəqib Misli Premyer Liqasında çempionluğu təmin edib, əhval-ruhiyyələri yüksəkdir. Mövsüm ərzində möhtəşəm və əla oyun nümayiş etdiriblər. Finalda kimə qarşı oynayacağımızı başa düşürük. Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq".

R.Sadıqov üçüncü dəfə ölkə kubokunun finalında oynayacaqlarını xatırladıb:

"Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq. Hər ikisində də yaxşı mübarizə aparmışdıq. Yaddaqalan finallar olub. Amma turnirin qalibi ola bilməmişik. Bu dəfə "Sabah" komandası ilə üz-üzə gələcəyik. Hamımız bilirik ki, ötən mövsüm Azərbaycan Kubokunun qalibi olublar, əzmkar qələbə qazanıblar".

Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Son xəbərlər
Yüksək Liqada 20-ci turun oyun cədvəli açıqlandı
PFL çempion oldu
“Məktəbli Qızlar” turnirinə yekun vurulub
Millimizin ikinci sınağı
“Real”da intizami araşdırma aparılır
“Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq” - Rəşad Sadıqov
Kubokun finallarını tribunalardan 289 463 tamaşaçı izləyib
“Neftçi” dünya seriyasında yarımfinala yüksəldi
“Azərbaycan Kubokunu qazansaq, tarixi nəticə olacaq” - Dambrauskas
Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb
MS “Real”ın ulduzu ilə maraqlanır
Ronaldo 100-ə çatdı
Şahin Bağırov Naxçıvanda voleybolçularla görüşüb
“Real”da böyük yenidənqurma gözlənilir
Altı cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır
“Neftçi” 1/4 final oyununa çıxır
“Bayern” Qordon müqabilində nəhəng məbləğ ödəməyə hazır deyil
“Liverpul” “Yuventus”un müdafiəçisinə görə sorğu ünvanladı
“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Real”ın uğursuzluqlarının səbəbi nədir?
İspaniya və İngiltərə klubları finalda!
Avropa Liqasının finalçıları bəlli oldu
“Barselona” “Nyukasl”ın hücumçusu ilə maraqlanır
“Real” Alaba ilə bağlı qərar qəbul etdi
Flik gələcəyi ilə bağlı qərar qəbul etdi
“Real”ın müdafiəçisi uzun müddət futbolsuz qala bilər
“Real” “Yuventus”un türk ulduzunu xəyal edir
“Brayton”dan baş məşqçisi ilə yeni müqavilə
“Milan” Xabi Alonso ilə maraqlanır
“Hökumət”lə “Parlament”in görüşündə 12 qol
DAHA ÇOX

Ən çox oxunanlar