Digər
“Neftçi” 1/4 final oyununa çıxır

08.05.2026 | 10:20
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.
Sports.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Monqolustan millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də start götürəcək. Bu matçın qalibi yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.
Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.
Son xəbərlər




























