PFL çempion oldu

PFL çempion oldu

Futzal üzrə Birinci Liqada 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Sports.az xəbər verir ki, əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib.

Ötən mövsümün qalibi “Baku Fire-2” bu dəfə bürünc uğrunda matçda “Xan-Lənkəran”la gücünü sınayıb. Fasiləyə qədər rəqib qapısından bir top keçirən əyalət təmsilçisi ikinci hissədə daha məhsuldar olub.

Final qarşılaşmasında isə qızıl medalı ötən il “Baku Fire-2” ilə dueldə əldən verən, əvəzində Azərbaycan kubokunu qazanan PFL və STAR kargo üz-üzə gəlib. Matçda hesabı “yaşıllar” açsa da, fasiləyə qədər nominal qonaqlar status-kvonu bərpa edib. İkinci hissədə də ilk qolu PFL vurub. Standart vəziyyətdən “ev tapşırığı”nı yerinə yetirən PFL tablodakı rəqəmləri xeyrinə dəyişib. Növbəti dəfə rəqibi əks-hücumda üstələyən nominal meydan sahibləri fərqi 2 topa yüksəldib. Cəmi 1 dəqiqə sonra “STAR kargo” rəqib torunu silkələməklə intriqanı ölməyə qoymayıb.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final matçını idarə edən hakimlərə və görüşün hakim-inspektoruna, daha sonra ən məhsuldar futzalçısı Nicat Mədədova diplom və xatirə hədiyyələri, pley-off mərhələsinə vəsiqə qazanan “Baku Fire-2”yə diplom, “Xan-Lənkəran”, “STAR kargo” və PFL komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar və diplomlar, Birinci Liqanın qalibinə çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşları -  Xosrov Məmmədov və Həsən Əliyev təqdim ediblər.

3-cü yer
Baku Fire-2 – Xan-Lənkəran 1:6

Final
PFL – STAR kargo 4:2

Son xəbərlər
“Neftçi” yarımfinalda məğlub oldu
Azərbaycanın iki cüdoçusu üçün bürünc medal şansı
AFFA rəsmiləri Özbəkistanda səfərdə olublar
“İmişli” “Zirə”yə qarşı - YENİLƏNİR
Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə
Yüksək Liqada 20-ci turun oyun cədvəli açıqlandı
PFL çempion oldu
“Məktəbli Qızlar” turnirinə yekun vurulub
Millimizin ikinci sınağı
“Real”da intizami araşdırma aparılır
“Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq” - Rəşad Sadıqov
Kubokun finallarını tribunalardan 289 463 tamaşaçı izləyib
“Neftçi” dünya seriyasında yarımfinala yüksəldi
“Azərbaycan Kubokunu qazansaq, tarixi nəticə olacaq” - Dambrauskas
Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb
MS “Real”ın ulduzu ilə maraqlanır
Ronaldo 100-ə çatdı
Şahin Bağırov Naxçıvanda voleybolçularla görüşüb
“Real”da böyük yenidənqurma gözlənilir
Altı cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır
“Neftçi” 1/4 final oyununa çıxır
“Bayern” Qordon müqabilində nəhəng məbləğ ödəməyə hazır deyil
“Liverpul” “Yuventus”un müdafiəçisinə görə sorğu ünvanladı
“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Real”ın uğursuzluqlarının səbəbi nədir?
İspaniya və İngiltərə klubları finalda!
Avropa Liqasının finalçıları bəlli oldu
“Barselona” “Nyukasl”ın hücumçusu ilə maraqlanır
“Real” Alaba ilə bağlı qərar qəbul etdi
Flik gələcəyi ilə bağlı qərar qəbul etdi
DAHA ÇOX

Ən çox oxunanlar