AFFA rəsmiləri Özbəkistanda səfərdə olublar

AFFA rəsmiləri Özbəkistanda səfərdə olublar

AFFA rəsmiləri işgüzar səfər çərçivəsində Özbəkistanda olub.

Sports.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov və İnformasiya Texnologiyaları və Rəqəmsallaşma Departamentinin rəhbəri Rəhim Balakişiyev yer alıblar.

Onlar yerli futbol infrastrukturu və yaradılmış şəraitlə yaxından tanış olub, həmçinin müxtəlif istiqamətlər üzrə yerli mütəxəssislərlə bir sıra görüşlər keçirib, fikir mübadilələri aparıblar.

Səfər çərçivəsində Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Rövşən İrmatov Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və futbolun müxtəlif istiqamətləri üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Xüsusilə hakimlik sisteminin inkişafı, gənc hakimlərin hazırlanması və onların peşəkar səviyyəsinin artırılması məsələlərinə diqqət yetirilib.

Bununla yanaşı, futbolun rəqəmsallaşdırılması, müasir İT həllərinin tətbiqi, məlumat bazalarının idarə olunması və uşaq-gənclər futbolunun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər əməkdaşlığın daha da gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Son xəbərlər
Çimərlik güləşçilərimiz mövsümə Vyetnamda start verəcəklər
1-ci Liqada 26-cı turun oyun cədvəli açıqlandı
Yunanov 4 oyunluq cəza aldı
"Qarabağ"a 70 min manatdan çox cərimə, Yankoviçə 8 oyunluq cəza
“İmişli” “Zirə”yə qarşı - YENİLƏNİR
“Neftçi” yarımfinalda məğlub oldu
Azərbaycanın iki cüdoçusu üçün bürünc medal şansı
AFFA rəsmiləri Özbəkistanda səfərdə olublar
Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə
Yüksək Liqada 20-ci turun oyun cədvəli açıqlandı
PFL çempion oldu
“Məktəbli Qızlar” turnirinə yekun vurulub
Millimizin ikinci sınağı
“Real”da intizami araşdırma aparılır
“Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq” - Rəşad Sadıqov
Kubokun finallarını tribunalardan 289 463 tamaşaçı izləyib
“Neftçi” dünya seriyasında yarımfinala yüksəldi
“Azərbaycan Kubokunu qazansaq, tarixi nəticə olacaq” - Dambrauskas
Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb
MS “Real”ın ulduzu ilə maraqlanır
Ronaldo 100-ə çatdı
Şahin Bağırov Naxçıvanda voleybolçularla görüşüb
“Real”da böyük yenidənqurma gözlənilir
Altı cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır
“Neftçi” 1/4 final oyununa çıxır
“Bayern” Qordon müqabilində nəhəng məbləğ ödəməyə hazır deyil
“Liverpul” “Yuventus”un müdafiəçisinə görə sorğu ünvanladı
“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Real”ın uğursuzluqlarının səbəbi nədir?
İspaniya və İngiltərə klubları finalda!
DAHA ÇOX

Ən çox oxunanlar