“Sabah” üçüncülüyə şərik oldu

“Sabah” üçüncülüyə şərik oldu

“Sabah”ın Misli Premyer Liqasındakı məğlubiyyətsizlik seriyası qırılıb. Azərbaycan çempionu adını qazanan paytaxt təmsilçisi 31-ci turun “Kəpəz”lə ev oyununda uduzub – 0:1.

Sports.az PFL-ə istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bunadək sonuncu dəfə 3-cü turda xalsız qalıb. 250 gündən sonra - 2025-ci il avqustun 31-də “İmişli” “Sabah”a 1 qolla qalib gəlib. Çempionun mövsümdəki hər iki məğlubiyyəti ev qarşılaşmalarına təsadüf edib.

“Sabah” bu müddətdə 28 məğlubiyyətsiz matç keçirib. Komanda 22 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da “Sabah” turnirin tarixində 3-cü ən uzun məğlubiyyətsiz seriya adına şərik olub. Yalnız “Qarabağ” daha uzun seriyalara malikdir. Ağdam klubu iki dəfə məğlubiyyətsizliyə nail olub. “Sabah” isə “Kəpəz”in nəticəsini təkrarlayıb.

Ən uzun 5 seriya (texniki nəticələr və nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla)

1. “Qarabağ” – 49 (30.10.2021-09.04.2023)

2. “Qarabağ” – 31 (31.10.2018-10.11.2019)

3-4. “Kəpəz” – 28 (14.09.1997-19.09.1998)

“Sabah” – 28 (14.09.2025-03.05.2026)

5. “Turan” – 27 (12.09.1992-14.07.1993)

Qeyd edək ki, mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.

Son xəbərlər
Kadidən 25-ci qol
Abbasov “350”yə çatdı: Tarixin 14-cüsü
Messidən MLS-də rekord göstərici
Millimizin üzvü 90 dəqiqə oynadı
Super Liqanı tərk etdilər
Günün oyunları – TV
“Bakı–Xankəndi” velosiped yarışı bu gün başlayır
“Turan Tovuz” “Karvan-Yevlax”a, “Neftçi” “Şamaxı”ya qarşı
“Atletiko” evdə uduzdu
“Bayern” 3 xalı 1 qolla əldə etdi
“Liverpul”la “Çelsi” heç-heçə etdi, MS qələbə qazandı
“İnter”lə “Yuventus”dan səfər qələbəsi
“Qalatasaray”dan 26-cı çempionluq!
Azərbaycan karateçisi Avropa çempionu olub
Avropa Kubokunun ilk günündə 5 medal
U-15 Liqasının qalibləri mükafatlandırıldı
"Xarakter göstərdik və qələbə qazandıq" - Kaplanoviç
"Qələbə qazanmaq üçün "ölməlisən" -Demçenko
Sumqayıtda 3 qol - VİDEO
FİFA-dan “Qarabağ”a da transfer qadağası
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
“Neftçi” “Şamaxı” ilə oyuna hazırlığı başa vurdu
"Araz-Naxçıvan" yenə uduzdu
Ninkoviç mükafatlandırıldı
Qəbələdə vurulan 2 qol - VİDEO
"Qış fasiləsindən sonra bərbad oynadığımız matç olmayıb"
"Özümüzü haqlı çıxara bilmərik" - Qurban Qurbanov
Qəbələdə heç-heçə
“Zirə”nin futbolçusu üçün 200-cü oyun
“Sabah” üçüncülüyə şərik oldu
DAHA ÇOX

Ən çox oxunanlar