Qəbələdə heç-heçə

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində bu günə nəzərdə tutulan ilk görüş bərabərliklə bitib.
Sports.az xəbər verir ki, “Qəbələ” – “Qarabağ” matçında hesabı ilk hissədə qonaqlar açıb. Fasilədən sonra isə meydan sahibləri onlara bir xal gətirəcək qolu vurub.
Qəbələ – Qarabağ 1:1
Qollar: Kadi Borges, 29 (0:1). İsmael Akinade, 57 (1:1).
Toral Bayramov (Qarabağ) 79-cu dəqiqədə penaltdən yararlana bilməyib (qapıçı).
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 12. İbrahim Sanqare, 14. Domi Massumo, 70. Paulo Quimbila.
“Qarabağ”: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.





























