"Özümüzü haqlı çıxara bilmərik" - Qurban Qurbanov

"Özümüzü haqlı çıxara bilmərik" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 31-ci turunda "Qəbələ" ilə baş tutan matçdan (1:1) sonra oyun barədə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, baş məşqçi çətin səfər matçını şərh edərək rəqibin nümayiş etdirdiyi oyunu və xarakteri yüksək qiymətləndirib:

"Uzaq səfərdə komandanı tək qoymadıqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularımız tam gücləri ilə oynadılar və onlara iradım yoxdur. Bu oyunda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. İntizamlı və döyüşkən bir komanda ilə heç-heçə etdik. Hesab edirəm ki, "Qəbələ" həm nümayiş etdirdiyi oyuna, həm də xarakterinə görə turnir cədvəlində bəlkə də daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Sxadadze burada yaxşı sistem qurub. Artıq çempionatın sonuna yaxınlaşmışıq, istər-istəməz həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara öz təsirini göstərir. Qarşıda hələ iki oyunumuz var və həmin matçlara çox ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, qeydə alınan nəticə oyuna görə idi. Hər iki komandaya gələcəkdə uğurlar arzulayıram".

Mütəxəssis 90 dəqiqə ərzində heyətdə heç bir dəyişiklik etməməsinin səbəblərinə də aydınlıq gətirib:

"Əslində, sona yaxın dəyişikliklər etməyi düşündük. Lakin ehtiyat etdik ki, meydandakı oyun sistemi pozula bilər. Həm də belə havada sonradan oyuna daxil olan futbolçularda adətən nəfəsalmada çətinliklər yaranır. Ümumiyyətlə, səfər komandaları üçün Qəbələdə oynamaq həmişə çətin olub. Sona kimi oyunun ritmini pozmamağa çalışdıq. Rəqib tam qapanmışdı. Sürətə o qədər də böyük ehtiyac yox idi. İstədik ki, meydandakı futbolçularımız 90 dəqiqə ərzində oyunun gərginliyini tam hiss etsinlər".

Sonda o, ölkə kubokunda "Sabah"la matçda yaşananlara görə AFFA İntizam Komitəsinin verdiyi ağır cəzalarla bağlı verilən sualı cavablandıraraq qərarı qəbul etdiklərini bildirib:

"Bununla bağlı əlavə deyəcək bir söz yoxdur, belə qərar veriblər. Əgər aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçularımız orada aqressiv hərəkətlərə yol verib, hakimə təzyiq göstəriblər. Qərar verilib və biz də bu qərarla razılaşmalıyıq".

Son xəbərlər
Kadidən 25-ci qol
Abbasov “350”yə çatdı: Tarixin 14-cüsü
Messidən MLS-də rekord göstərici
Millimizin üzvü 90 dəqiqə oynadı
Super Liqanı tərk etdilər
Günün oyunları – TV
“Bakı–Xankəndi” velosiped yarışı bu gün başlayır
“Turan Tovuz” “Karvan-Yevlax”a, “Neftçi” “Şamaxı”ya qarşı
“Atletiko” evdə uduzdu
“Bayern” 3 xalı 1 qolla əldə etdi
“Liverpul”la “Çelsi” heç-heçə etdi, MS qələbə qazandı
“İnter”lə “Yuventus”dan səfər qələbəsi
“Qalatasaray”dan 26-cı çempionluq!
Azərbaycan karateçisi Avropa çempionu olub
Avropa Kubokunun ilk günündə 5 medal
U-15 Liqasının qalibləri mükafatlandırıldı
"Xarakter göstərdik və qələbə qazandıq" - Kaplanoviç
"Qələbə qazanmaq üçün "ölməlisən" -Demçenko
Sumqayıtda 3 qol - VİDEO
FİFA-dan “Qarabağ”a da transfer qadağası
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
“Neftçi” “Şamaxı” ilə oyuna hazırlığı başa vurdu
"Araz-Naxçıvan" yenə uduzdu
Ninkoviç mükafatlandırıldı
Qəbələdə vurulan 2 qol - VİDEO
"Qış fasiləsindən sonra bərbad oynadığımız matç olmayıb"
"Özümüzü haqlı çıxara bilmərik" - Qurban Qurbanov
Qəbələdə heç-heçə
“Zirə”nin futbolçusu üçün 200-cü oyun
“Sabah” üçüncülüyə şərik oldu
DAHA ÇOX

Ən çox oxunanlar