"Qış fasiləsindən sonra bərbad oynadığımız matç olmayıb"

"Qış fasiləsindən sonra bərbad oynadığımız matç olmayıb"

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ"la baş tutan matçdan (1:1) sonra oyun barədə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, baş məşqçi çempionluq uğrunda mübarizə aparan güclü rəqibə qarşı nümayiş etdirilən əzmkar oyunu və qazanılan vacib bir xalı yüksək qiymətləndirib:

"Futbolçularıma təşəkkür edirəm. Bizim üçün turnir cədvəli baxımdan olduqca vacib bir matç idi və oyunçular bu məsuliyyəti tam dərk edirdilər. Vacib bir xal qazandıq. "Qarabağ" meydana ən güclü heyəti ilə çıxmışdı. Onların daxili çempionatda sonuncu dəfə nə vaxt belə heyətlə oynadıqlarını xatırlamıram. Onlar Çempionlar Liqasında möhtəşəm nəticələr göstəriblər. Bütün bunlar Qurban Qurbanovun uzunmüddətli əməyinin bəhrəsidir. Azərbaycan futbolu məhz onun sayəsində Avropada və dünyada tanınır".

Mütəxəssis matçın gedişatını və həlledici epizodları belə şərh edib:

"Oyuna gəldikdə isə, qol vəziyyətləri yaratdıq. Səlahət Ağayevi xüsusi qeyd etmək istəyirəm, o, penalti epizodunda komandanı real qoldan xilas etdi. Qarşıda daha iki oyunumuz var. Hər ikisi finala bərabər matçlardır. Tez bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq. Belə yüksək səviyyəli rəqibə qarşı dolu tribunalar önündə oynamaq çox xoş idi. Sona qədər bizimlə olan azarkeşlərimizə minnətdaram".

Sxadadze rəqibin "Qarabağ" olmasının komandada əlavə motivasiya yaratması ilə bağlı sualı cavablandırarkən komandasının qış fasiləsindən sonrakı çıxışına toxunub:

"Qış fasiləsindən sonra bərbad oynadığımız matç olmayıb. "Sumqayıt"a qarşı əla oyun keçirmişdik, sadəcə bir səhv etdik və o da qolla nəticələndi. "Zirə" ilə matçda da futbolçular böyük xarakter göstərdilər, lakin bir az bəxtimiz gətirmədi. Bəli, narazı qaldığım bəzi qarşılaşmalar olmuşdu və elə buna görə də turnir cədvəlində hazırkı durumdayıq. Amma son oyunların hamısında komanda xarakter göstərməyi bacarıb".

Gürcüstanlı mütəxəssis turnir cədvəlinin sonundakı vəziyyət və 1-ci Liqa təmsilçisi ilə mümkün pley-off matçı barədə verilən sualı isə qısa cavablandırıb:

"Hazırda yalnız növbəti oyunu düşünürük. Bizim üçün ən vacib olan məhz qarşıdakı matçdır".

Son xəbərlər
Kadidən 25-ci qol
Abbasov “350”yə çatdı: Tarixin 14-cüsü
Messidən MLS-də rekord göstərici
Millimizin üzvü 90 dəqiqə oynadı
Super Liqanı tərk etdilər
Günün oyunları – TV
“Bakı–Xankəndi” velosiped yarışı bu gün başlayır
“Turan Tovuz” “Karvan-Yevlax”a, “Neftçi” “Şamaxı”ya qarşı
“Atletiko” evdə uduzdu
“Bayern” 3 xalı 1 qolla əldə etdi
“Liverpul”la “Çelsi” heç-heçə etdi, MS qələbə qazandı
“İnter”lə “Yuventus”dan səfər qələbəsi
“Qalatasaray”dan 26-cı çempionluq!
Azərbaycan karateçisi Avropa çempionu olub
Avropa Kubokunun ilk günündə 5 medal
U-15 Liqasının qalibləri mükafatlandırıldı
"Xarakter göstərdik və qələbə qazandıq" - Kaplanoviç
"Qələbə qazanmaq üçün "ölməlisən" -Demçenko
Sumqayıtda 3 qol - VİDEO
FİFA-dan “Qarabağ”a da transfer qadağası
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
“Neftçi” “Şamaxı” ilə oyuna hazırlığı başa vurdu
"Araz-Naxçıvan" yenə uduzdu
Ninkoviç mükafatlandırıldı
Qəbələdə vurulan 2 qol - VİDEO
"Qış fasiləsindən sonra bərbad oynadığımız matç olmayıb"
"Özümüzü haqlı çıxara bilmərik" - Qurban Qurbanov
Qəbələdə heç-heçə
“Zirə”nin futbolçusu üçün 200-cü oyun
“Sabah” üçüncülüyə şərik oldu
DAHA ÇOX

Ən çox oxunanlar