UEFA-nın dəstəyi ilə Gəncədə turnir keçirilib

UEFA-nın dəstəyi ilə Gəncədə turnir keçirilib

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib.

Sports.az xəbər verir ki, "Məktəblərdə Futbol Dərsi" layihəsi çərçivəsində təşkil olunan yarışın əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təşviqi, futbolun kütləviliyinin və şagirdlərin idmana marağının daha da artırılması olub.

Turnirin final mərhələsi Gəncədə yerləşən minifutbol meydançasında baş tutub. Final görüşündə 21 saylı tam orta məktəbin komandası Xarici Dillər Təmayüllü Gimnaziyanın kollektivini məğlub edərək çempion olub.

Qalib komandaya kubok və qızıl medallar təqdim olunub. İkinci və üçüncü yerləri tutan kollektivlər isə müvafiq olaraq gümüş və bürünc medallarla təltif ediliblər. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlar alıblar.

Mükafatlandırma mərasimində çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov layihənin məktəblilər arasında futbolun inkişafı və uşaqların idmana cəlb olunması baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, "Məktəblərdə Futbol Dərsi" layihəsi UEFA-nın dəstəyi ilə ölkənin müxtəlif bölgələrində həyata keçirilir və layihə çərçivəsində şagirdlərin futbol fəaliyyətlərinə daha aktiv şəkildə qoşulmaları, həmçinin idman vasitəsilə sosial bacarıqlarının inkişaf etdirilməsi hədəflənir.

Son xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
“Tottenhem” “Borussiya”nın hücumçusu ilə maraqlanır
AMADA yeni antidopinq qaydalarındakı əsas dəyişiklikləri açıqladı
“Bakı–Xankəndi” yarışının dördüncü mərhələsinin qalibi bəlli oldu
Məzunu “Mançester Yunayted”ə qayıtmaq istəmir
UEFA-nın dəstəyi ilə Gəncədə turnir keçirilib
“Real”dakı çuğul kimdir?
“Çelsi” hücumçusunu “Yuventus”a satmağa hazırdır
“Liverpul” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
Qvardiola Qehi haqda qənaətini açıqladı
“Çelsi” hələ də baş məşqçi axtarşındadır
“Bakı–Xankəndi” velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
2-ci Liqada 27-ci turun oyun cədvəli açıqlandı
Millimizin üzvü 90 dəqiqə oynadı
Günün oyunları – TV
Hüseynovun dublu komandasına qələbə qazandırdı
“Sabah” kubokun finalında “Zirə” ilə üz-üzə
“Atletiko”dan çətin qələbə
Avropa çempionatına 2 gümüş, 1 bürünc medalla start
“Çelsi” üçün ehtiyat seçim
Əli Cavadlı Avropa çempionatının finalında
Stolüstü tennisçilər Daşkəndə yollandılar
MY “Real”ın yarımmüdafiəçisini ələ keçirmək istəyir
Rəhim Həsənovdan 31-ci turun mübahisəli epizodlarına şərh - VİDEO
“Şəmkir” darmadağına üzüldü
“Çelsi” məşhur mütəxəssislə danışıqlarını davam etdirir
“Liverpul” Salaha əvəz tapıb
Əsgərova növbəti təyinat
Qocaman mütəxəssis İtaliya yığmasını çalışdırmağa hazırdır
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
DAHA ÇOX

Ən çox oxunanlar