Dünya futbolu
Məzunu “Mançester Yunayted”ə qayıtmaq istəmir

13.05.2026 | 13:00
“Mançester Yunayted”in məzunu, ötən ilin iyul ayında cari mövsümün sonuna qədər müddətə “Barselona”ya icarəyə verilmiş 28 yaşlı ingiltərəli sol cinah hücumçusu Markus Raşford icarə müddətinin başa çatması ilə “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtmaq istəmir.
Sports.az xəbər verir ki, Raşfordun yeganə istəyi, tamhüquqlu əsasda “Barselona”nın oyunçusu olmaqdır.
Xatırladaq ki, “Barselona”nın Raşfordu 30 milyon avro məbləğ müqabilində satın almaq hüququ var, amma Kataloniya klubu müvafiq məsələdə hələ də qeyri-müəyyəndir.
Son xəbərlər





























