AMADA yeni antidopinq qaydalarındakı əsas dəyişiklikləri açıqladı

AMADA yeni antidopinq qaydalarındakı əsas dəyişiklikləri açıqladı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni antidopinq qaydalarındakı dəyişiklikləri açıqlayıb.

Sports.az xəbər verir ki, dəyişikliklər həm dopinq pozuntularına tətbiq olunan sanksiyaları, həm də Terapevtik istifadə üçün istisna (Tİİ) prosedurlarını əhatə edir.

"Yeni qaydalara əsasən, nümunəsində qadağan olunmuş maddə aşkarlanan idmançı ilə bağlı işə xitam verilməsi üçün antidopinq təşkilatları əvvəlcədən WADA-nın təyin etdiyi müstəqil ekspertin rəyini almalı olacaq. Əks halda həmin qurum uyğunsuzluq riski ilə üzləşə bilər. Bundan başqa, şərti olaraq yarış və məşqlərdən kənarlaşdırılan idmançılar qərardan narazı qaldıqları halda əvvəlcə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil İntizam Komitəsinə, daha sonra isə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edə biləcəklər", - AMADA-dan bildirilib.

Qaydalardakı digər mühüm yenilik diskvalifikasiya müddətləri ilə bağlıdır:

"Qadağan olunmuş maddənin orqanizmə necə daxil olduğunu və bunun nəticələrə təsir göstərmədiyini sübut edən idmançılar daha yüngül sanksiya ala biləcəklər. Pozuntunu etiraf edən və təklif olunan hüquqi nəticələrlə razılaşan şəxslər üçün də cəzanın müəyyən hissəsinin azaldılması nəzərdə tutulub. Yeni qaydalara əsasən, dopinq pozuntularına görə idmançılara təkcə diskvalifikasiya deyil, maliyyə cərimələri də tətbiq olunacaq. Eyni zamanda, milli federasiyaların antidopinq sahəsində öhdəlikləri sərtləşdirilib və qaydalara əməl etməyən qurumlara qarşı müxtəlif sanksiyalar nəzərdə tutulub".

Qeyd olunub ki, WADA-nın Terapevtik İstifadə üçün İstisnalar üzrə Beynəlxalq Standartında (ISTUE) da bir sıra dəyişikliklər edilib:

"Yeni standartda Tİİ meyarları daha konkret formada müəyyənləşdirilib, retroaktiv müraciət prosedurları genişləndirilib və Tİİ komitələrinin fəaliyyəti ilə bağlı məxfilik, müstəqillik və qərar qəbuletmə mexanizmləri gücləndirilib. Bununla yanaşı, qərarların ADAMS sisteminə daxil edilməsi və müraciət müddətləri ilə bağlı daha dəqiq tələblər müəyyən olunub".

Son xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
“Tottenhem” “Borussiya”nın hücumçusu ilə maraqlanır
AMADA yeni antidopinq qaydalarındakı əsas dəyişiklikləri açıqladı
“Bakı–Xankəndi” yarışının dördüncü mərhələsinin qalibi bəlli oldu
Məzunu “Mançester Yunayted”ə qayıtmaq istəmir
UEFA-nın dəstəyi ilə Gəncədə turnir keçirilib
“Real”dakı çuğul kimdir?
“Çelsi” hücumçusunu “Yuventus”a satmağa hazırdır
“Liverpul” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
Qvardiola Qehi haqda qənaətini açıqladı
“Çelsi” hələ də baş məşqçi axtarşındadır
“Bakı–Xankəndi” velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
2-ci Liqada 27-ci turun oyun cədvəli açıqlandı
Millimizin üzvü 90 dəqiqə oynadı
Günün oyunları – TV
Hüseynovun dublu komandasına qələbə qazandırdı
“Sabah” kubokun finalında “Zirə” ilə üz-üzə
“Atletiko”dan çətin qələbə
Avropa çempionatına 2 gümüş, 1 bürünc medalla start
“Çelsi” üçün ehtiyat seçim
Əli Cavadlı Avropa çempionatının finalında
Stolüstü tennisçilər Daşkəndə yollandılar
MY “Real”ın yarımmüdafiəçisini ələ keçirmək istəyir
Rəhim Həsənovdan 31-ci turun mübahisəli epizodlarına şərh - VİDEO
“Şəmkir” darmadağına üzüldü
“Çelsi” məşhur mütəxəssislə danışıqlarını davam etdirir
“Liverpul” Salaha əvəz tapıb
Əsgərova növbəti təyinat
Qocaman mütəxəssis İtaliya yığmasını çalışdırmağa hazırdır
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
DAHA ÇOX

Ən çox oxunanlar