1-ci Liqa uğrunda pley-off oyununun nominal meydan sahibi məlum oldu

1-ci Liqa uğrunda pley-off oyununun nominal meydan sahibi məlum oldu

1-ci Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Sports.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, 1-ci Liqanın 9-cusu “Şimal”ın və 2-ci Liqanın 2-cisi “Qaradağ Lökbatan”ın nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Şimal” menecer Taleh Bədirxanov, “Qaradağ Lökbatan” isə klubun baş meneceri Bəbir Həsənov ilə təmsil olunub. Püşkatmaya əsasən “Şimal” nominal meydan sahibi olub və nominal meydan sahibi kimi bütün təşkilati məsələləri həyata keçirəcək.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər nüanslarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib. 

PFL-in qərarına əsasən, 1-ci Liqa uğrunda pley-off oyunu 27 may tarixində Şamaxı şəhər stadionunda keçiriləcək. Görüş saat 16:00-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.

Son xəbərlər
"Sabah"la "Qarabağ"dan son oyunda qələbə
Dana Uayt azarkeşləri “UFC Fight Night Baku” turnirini izləməyə dəvət etdi
1-ci Liqa uğrunda pley-off matçının başlama saatı də bəlli oldu
“Sabah” bir oyunçudan ibarət deyil” - Dambrauskas
“Maksimum hədəflər üçün güclü heyət lazımdır” - Berdıyev
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
“Qəbələ”nin pley-offdakı rəqibi müəyyənləşdi
Azərbaycanda ilk dəfə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək
Liqa yarışının 2-ci turu başa çatıb
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
Arbeloa "Real"dan ayrılacağını açıqladı
Mükafatlandırma mərasimi keçiriləcək
1-ci Liqa uğrunda pley-off oyununun nominal meydan sahibi məlum oldu
“Eyeball” platformasının tətbiqi davam edir
Pedro “Latsio”dan ayrılır
“Barselona” hücumçusu ilə bağlı qərar qəbul etdi
Byelsa Uruqvay millisindən ayrılacaq
“Mançester Yunayted” Karriki saxlamaq qərarı verdi
“Milan” “Real”ın kapitanını dəvət edə bilər
DÇ-2026: İngiltərə millisinin yekun heyəti bəlli oldu
“Mançester Siti” Qvardiolanın ayrılığını rəsmən açıqladı
“Nyukasl” “Benfika”nın müdafiəçisi ilə maraqlanır
Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib
Fransa klubu yeni baş məşqçisini açıqladı
“Liverpul” ispan mütəxəssislə maraqlanır
Norveç millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başa çatıb
Entso Fernandes İngiltərə nəhənginə qoşulmaq istəyir
Aspilikueta karyerasını bitirir
Parakarateçilər Avropa çempionatında mübarizə aparacaqlar
DAHA ÇOX

Ən çox oxunanlar