“Sabah” bir oyunçudan ibarət deyil” - Dambrauskas

“Sabah” bir oyunçudan ibarət deyil” - Dambrauskas

“Sabah” Misli Premyer Liqasının cari mövsümünün son turunda bu gün “Turan Tovuz”la qarşılaşıb.

Sports.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub. Litvalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Komandamı, azarkeşlərimizi, “Sabah” ailəsini təbrik edirəm.

İstədiyimiz qədər yaxşı oyun alınmadı, Oyun daha çox bərabər səviyyədə keçdi. Bəxtimiz gətirdi, qollar vurduq. Rəqibin şansları oldu, fərqlənə bilmədilər. Nə deyə bilərəm? Mövsümün son oyunu idi, hər kəsin fikirləri qarışıqdır. Hər kəsi təbrik edirəm”.

O, “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı uğurunun “Sabah”ın çempionluğundakı roluna təsirini belə dəyərləndirib:

“Siz həmişə gəlirsiz bizim öz evimizdə, çempionun evində, öz meydanında bəhanələr axtarırsız. Hətta Qurban Qurbanov bizi təbrik edib. Dediyiniz bizə qarşı hörmətsizlikdir. İstəyirsiz ki, çempionluğumuza görə üzr istəyim, mən bunu etməyəcəm.

Hazırda deyə bilərəm ki, qışda, yayda hansı yanaşmanı etmişdiksə, elə də davam edəcəyək. İyunda toplaşıb, iclas keçirəcəyik. Rəqibimiz bəlli olandan sonra ona görə hazırlıq keçəcəyik. Oyundan oyuna uyğunlaşacağıq.

Mövsümlərin heç biri məşqçi üçün asan keçmir. Mənim də öz istirahət planım var. Sabah Litvaya uçacam. Ailəmlə birgə vaxt keçirəcəm. Daha sonra Avstriyada toplanışa yığışacağıq.

Coy Lens Mikelsin müqaviləsinin bitməsinə gəldikdə, onu deyə bilərəm ki, Azərbaycan demokratik ölkədir. Hər bir oyunçunun müqavilə bağlamaq və bağlamamaq kimi hüququ var. Bizim məşq bazamıza gələndə orada lövhədə görə bilərsiz, yazılıb ki, heç bir oyunçu komandadan böyük deyil. Mikels həqiqətən yaxşı oyunçudur. Biz “Sabah”ıq və bir oyunçudan ibarət deyilik”.

“Sabah” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünü çempion titulu ilə başa vurub.

Son xəbərlər
"Sabah"la "Qarabağ"dan son oyunda qələbə
Dana Uayt azarkeşləri “UFC Fight Night Baku” turnirini izləməyə dəvət etdi
1-ci Liqa uğrunda pley-off matçının başlama saatı də bəlli oldu
“Sabah” bir oyunçudan ibarət deyil” - Dambrauskas
“Maksimum hədəflər üçün güclü heyət lazımdır” - Berdıyev
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
“Qəbələ”nin pley-offdakı rəqibi müəyyənləşdi
Azərbaycanda ilk dəfə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək
Liqa yarışının 2-ci turu başa çatıb
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
Arbeloa "Real"dan ayrılacağını açıqladı
Mükafatlandırma mərasimi keçiriləcək
1-ci Liqa uğrunda pley-off oyununun nominal meydan sahibi məlum oldu
“Eyeball” platformasının tətbiqi davam edir
Pedro “Latsio”dan ayrılır
“Barselona” hücumçusu ilə bağlı qərar qəbul etdi
Byelsa Uruqvay millisindən ayrılacaq
“Mançester Yunayted” Karriki saxlamaq qərarı verdi
“Milan” “Real”ın kapitanını dəvət edə bilər
DÇ-2026: İngiltərə millisinin yekun heyəti bəlli oldu
“Mançester Siti” Qvardiolanın ayrılığını rəsmən açıqladı
“Nyukasl” “Benfika”nın müdafiəçisi ilə maraqlanır
Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib
Fransa klubu yeni baş məşqçisini açıqladı
“Liverpul” ispan mütəxəssislə maraqlanır
Norveç millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başa çatıb
Entso Fernandes İngiltərə nəhənginə qoşulmaq istəyir
Aspilikueta karyerasını bitirir
Parakarateçilər Avropa çempionatında mübarizə aparacaqlar
DAHA ÇOX

Ən çox oxunanlar