"Sabah"la "Qarabağ"dan son oyunda qələbə

Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
Çempion “Sabah” son oyunda “Turan Tovuz”la qarşılaşıb. Masazırda keçirilən oyun "Sabah"ın qələbəsiylə yekunlaşıb.
“Qarabağ” isə “Sumqayıt”ın qonağı olub. Ağdam təmsilçisi mövsümü qələbə ilə bitirən tərəf olub.
Daha öncə “Qəbələ” “Şamaxı”ya 3:1 hesabıyla qalib gəlib. “Kəpəz” – “Neftçi” və “Araz-Naxçıvan” – “Zirə” oyunları sabah, “İmişli” – “Karvan-Yevlax” görüşü mayın 24-də keçiriləcək.
Misli Premyer Liqası
33-cü tur
22 may
“Turan Tovuz” – “Sabah” 1:2
Qollar: Ayxan Hüseynov, 86 - Aaron Maluda, 15. Xəyal Əliyev, 64.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Bank Respublika Arena”. 17:00.
Turan Tovuz: 41. Sergey Samok, 4. Şəhriyar Əliyev (k), 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 14. Murad Dadaşev, 99. İbrahima Vadji, 32. Hayderson Hurtado, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 97. Elçin Qasımov, 73. Ülvi Mədətov, 20. İbrahim Ramazanov, 42. İsmayıl İsmayılov, 60. Vüqar Bağırov, 47. Pərvin Rəşidov, 75. Əli Kiçibəyov, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.
Sabah: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 3. Stiv Solvet, 13. İvan Lepinitsa, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 89. Cəfər Muxtarov, 80. Akim Zedadka, 11. Kahim Parris, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
“Sumqayıt” – “Qarabağ” 3:4
Qollar: Səbuhi Abdullazadə, 53. Rüstəm Əhmədzadə, 76. Emil Mustafayev, 90+3 – Ramil Şeydayev, 3; 64. Emmanuel Addai, 22. Aleksey Kaşuk, 85.
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 19:30.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 95. Nsana Simon.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.
Qarabağ: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 80. Bəhruz Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 82. Məhəmməd İmaməliyev, 8. Marko Yankoviç, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 66. Hacı İbrahim, 76. Nicat Xasıyev, 74. Səbuhi Niftiyev, 47. Mehdi Mütəllimli.
Baş məşqçi: Qurban Qurbanov.





























