Digər
Azərbaycanda ilk dəfə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22.05.2026 | 19:00
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "King & Queen of the Court" ("Meydançanın kralı və kraliçası") turniri keçiriləcək.
Bu barədə Sports.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Mayın 23-də baş tutacaq yarışda 10 kişi və 12 qadın komandası çempionluq uğrunda mübarizə aparacaq.
Bakı Su İdmanı Sarayında təşkil olunacaq turnirdə peşəkar çimərlik voleybolçuları iştirak edəcəklər.
Son xəbərlər





























