AFFA-nın baş katibi Ombudsmanla görüşüb

AFFA-nın baş katibi Ombudsmanla görüşüb

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

Sports.az xəbər verir ki, görüşdə Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Müvəkkil hər il ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edildiyini, bu çərçivədə silsilə hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb.
Səbinə Əliyeva uşaqların və gənclərin sağlam, düzgün fiziki inkişafının təmin olunmasının, onların idmana, xüsusilə futbola cəlb edilməsinin vacibliyini vurğulayıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev də öz növbəsində assosiasiyanın fəaliyyəti, ölkədə futbolun inkişafı istiqamətində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə, həmçinin Ombudsman təsisatı ilə AFFA arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər qeyd olunub, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
"Sabah"la "Qarabağ"dan son oyunda qələbə
Dana Uayt azarkeşləri “UFC Fight Night Baku” turnirini izləməyə dəvət etdi
1-ci Liqa uğrunda pley-off matçının başlama saatı də bəlli oldu
“Sabah” bir oyunçudan ibarət deyil” - Dambrauskas
“Maksimum hədəflər üçün güclü heyət lazımdır” - Berdıyev
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
“Qəbələ”nin pley-offdakı rəqibi müəyyənləşdi
Azərbaycanda ilk dəfə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək
Liqa yarışının 2-ci turu başa çatıb
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
Arbeloa "Real"dan ayrılacağını açıqladı
Mükafatlandırma mərasimi keçiriləcək
1-ci Liqa uğrunda pley-off oyununun nominal meydan sahibi məlum oldu
“Eyeball” platformasının tətbiqi davam edir
Pedro “Latsio”dan ayrılır
“Barselona” hücumçusu ilə bağlı qərar qəbul etdi
Byelsa Uruqvay millisindən ayrılacaq
“Mançester Yunayted” Karriki saxlamaq qərarı verdi
“Milan” “Real”ın kapitanını dəvət edə bilər
DÇ-2026: İngiltərə millisinin yekun heyəti bəlli oldu
“Mançester Siti” Qvardiolanın ayrılığını rəsmən açıqladı
“Nyukasl” “Benfika”nın müdafiəçisi ilə maraqlanır
Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib
Fransa klubu yeni baş məşqçisini açıqladı
“Liverpul” ispan mütəxəssislə maraqlanır
Norveç millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başa çatıb
Entso Fernandes İngiltərə nəhənginə qoşulmaq istəyir
Aspilikueta karyerasını bitirir
Parakarateçilər Avropa çempionatında mübarizə aparacaqlar
DAHA ÇOX

Ən çox oxunanlar