“Verilən sözlərin arxasında durmağın tərəfdarıyam” - Azər Bağırov

“Verilən sözlərin arxasında durmağın tərəfdarıyam” - Azər Bağırov

Misli Premyer Liqasının XXXIII turunun “Kəpəz” – “Neftçi” oyunundan (0:1) sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Sports.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Mövsümün son oyununda gənclərə şans verdik. Ola bilsin ki, onlar gələcəkdə Azərbaycan futbolunun əsas simalarına çevrilsinlər. Komandaya gələndə 6 oyunluq məğlubiyyətsizlik seriyası var idi. Çətin vaxtda bu işə başladıq. Legioner transferi olmadan komandanı liqada saxlamaq asan iş deyil. Klubdakı hər kəsə təşəkkür edirəm.

– Hansı gənc oyunçuları xüsusi qeyd edərdiniz?
– Şahnur və Raulu fərqləndirərdim. Onlar üzərində diqqət var. Gənclərlə işləmək çox çətinlik yaratmışdı. Bu gün onlara şans vermək istədim.

– Adınız “Şamaxı”yla hallanır. Bu məsələyə aydınlıq gətirə bilərsiniz?
– Bu haqda danışmaq istəmirəm. Təki hər şey Azərbaycan futbolu üçün uğurlu olsun.

– Gələndən sonra bütün komandalardan xal ala bildiniz. Matçdan sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdi. Sanki Gəncə camiəsi sizə qarşı haqsızlıq edir…
– Anlaşılmazlıq həmişə olur. Azarkeşlərdən razıyam. Gəncə fanatları futbolu bilirlər, rəhbərliklə də problemim yoxdur. Qalmağımla bağlı təklif də oldu, sadəcə beynimdə bəzi məsələlər var.

– Daha yaxşı təklif aldığınızı dediniz. Nə üçün razılığa gələ bilmirsiniz?
– Olduğum yerdə doğruluğun və verilən sözlərin arxasında durmağın tərəfdarıyam. Yəni sabah büdcə problemi olsa, hansısa sıxıntı yaşayıb, azarkeşlər qarşısında pis olacağam. Bu gün bəlkə, kimlərsə bunu doğru qəbul etməz, amma yüz ölçüb, bir biçəcəyəm.

– “Şamaxı”nın oyununu izləməyiniz düzgün qarşılanmadı…
– İfadəmə görə üzr istəyirəm, Qəbələdə futbola baxmışam, bara getməmişəm ki… Stadionda olmağım normal şeydir. Bunları nəyəsə bağlamaq düzgün deyil.

– “Kəpəz” rəhbərliyi ilə münasibətiniz necədir?
– Çox yaxşı. Bəzi məsələlər var ki, gözləyirik. Bilinməyən şeylər olduğu üçün qərar vermək çətinləşir.

– Rəhbərliyin tələbi avrokuboklardır?
– Xeyr. Bu məsələnin kökündə daha böyük mövzular dayanır. Məsələ tək büdcədən deyil, bir komandanı formalaşdırmaq üçün üç il vaxt lazımdır. Çempion olaq, avrokuboklara düşək, amma nəylə? (Futbolpress)

Son xəbərlər
Orxan Məmmədov AÇ-dən öncə milli üzvləri ilə görüşdü
“Məktəbli Kuboku”nun qalibləri müəyyənləşdi
“Kəpəz” “Neftçi”yə belə uduzdu - VİDEO
“Araz-Naxçıvan” “Zirə”yə qarşı - YENİLƏNİR
“Neftçi”nin əvəzedicilərindən 9 cavabsız qol
“Verilən sözlərin arxasında durmağın tərəfdarıyam” - Azər Bağırov
“Yaxşı nəticələr əldə etmək üçün mütləq güclənməliyik”
Muharemoviç İngiltərə Premyer Liqasına üz tuta bilər
Ayxan Abbasov “Şamaxı”dan getdi - RƏSMİ
“Qarabağ”da üç ayrılıq rəsmən açıqlandı
MY yeni yarımmüdafiəçisini satın almağa yaxındır
Premyer Liqada mövsümün ən yaxşı futbolçusu məlum oldu
Peres prezidentlik üçün namizədliyini rəsmən irəli sürdü
Oblak İtaliya nəhənginə qoşula bilər
“Barselona” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisinin növbəti rəqibi bəlli oldu
Cüdoçularımız İspaniyada beynəlxalq təlim-məşq toplanışında
“Liverpul”un sabiq qapıçısı karyerasını başa vurur
Emrah Paşa
Azərbaycanın altı boksçusu üçün Batumi sınağı
Feliks mövsümün ən yaxşı futbolçusu seçildi
Millimizin Avstriya toplanışı üçün heyəti açıqlandı
“İnter” “Arsenal”ın qapıçısı ilə güclənə bilər
Mövsümün ən yaxşıları açıqlandı
“Bayern” müdafiəçisini satmağa hazırdır
“Tottenhem” yeni qapıçı satın ala bilər
Benites istefaya göndərildi
Qvardiol gələcəyi ilə bağlı qərar qəbul etdi
Podolski karyerasını bitirdi
“Liverpul” “Leypsiq”in hücumçusunu hədəfə aldı
DAHA ÇOX

Ən çox oxunanlar