Azərbaycan futbolu
Premyer Liqaya vəsiqə uğrunda oyunu Tural Qurbanov idarə edəcək

25.05.2026 | 16:15
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək oyunun təyinatları bəlli olub.
Sports.az xəbər verir ki, qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək.
Ona Cəmil Quliyev və Asiman Əzizli kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Teymur Teymurov əyləşəcək.
Rəhim Həsənov hakim-inspektor, Elçin Mehtiyev AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, "Qəbələ" - "Mingəçevir" oyunu mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da keçiriləcək.
Son xəbərlər





























