U-14 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

U-14 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

AFFA U-14 Qızlar Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Sports.az xəbər verir ki, FHN İdman Sağlamlıq Mərkəzinin stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “İsmayıllı” üzərində 3:1 hesablı qələbə qazanan “Şəfa” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Sabah” və “Ulduz“ komandaları üz-üzə gəliblər. Rəqibini 1:0 hesabı ilə üstələyən “Ulduz” çempion olub. “Sabah” isə gümüş medallar əldə edib.

Oyunlardan sonra “Şəfa” bürünc, “Sabah” gümüş medalla, “Ulduz” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. Liqanın ən məhsuldar futbolçusu adına 39 qol vuran Əsmər İsmayıllı (“Ulduz”) yiyələnib. Mövsümün ən yaxşı futbolçusu isə “Sabah”ın üzvü Elina Kotikova seçilib.

Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt və Azərbaycan millisinin futbolçusu Alina Nəhmədova təqdim ediblər.

Son xəbərlər
“Deportivo” La Liqaya qayıtdı
“Araz-Naxçıvan” Əfran İsmayılovla yolları ayırdı
Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
U-14 Qızlar Liqasının qalibləri mükafatlandırıldı
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul edilib
“Bayer”də baş məşqçi dəyişikliyi gerçəkləşə bilər
Verdaska ilə müqavilənin müddəti uzadıldı
Millimiz Dünya Kubokunda altıncı oldu
“Fənərbağça” “Milan”ın ulduzu uğrunda mübarizəyə qoşuldu
MillimizQəbələdə hazırlıq keçəcək
A Seriyasının ən sərrast qolçusu məlum oldu
Salah “Livepul”la vidalaşdı
Premyer Liqanın yeni rekordçusu
A Seriyasında mövsüm yekunlaşdı
“Çelsi” avrokuboklardan kənarda qaldı
“Milan” Çempionlar Liqasını əldən verdi
“Yuventus” Çempionlar Liqasından kənarda qaldı
“Komo” Çempionlar Liqasına vəsiqə qazandı!
La Liqada mövsümə yekun vuruldu
“Roma” İtaliya çempionatının bürünc medalını qazandı
“Vilyarreal” İspaniya La Liqasının bürünc medalını darmadağınla qazandı
“Vest Hem” İngiltərə Premyer Liqasın tərk etdi
“Napoli” İtaliya çempionatının gümüş medalçısı oldu
“Tottenhem” xilas oldu
Çempion mükafatına qovuşdu
Premyer Liqada mövsümə yekun vuruldu
“Roma” “Korintians”ın hücumçusu ilə maraqlanır
Beynəlxalq yarışın sonuncu gününün qalibləri bəlli oldu
Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media tur
Azərbaycan karateçilərindən AÇ-də 9 medal
DAHA ÇOX

Ən çox oxunanlar