Bakıda FIVB-nin dəstəyi ilə məşqçi kursu start götürüb

Bakıda FIVB-nin dəstəyi ilə məşqçi kursu start götürüb

Bakıda Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə voleybol məşqçiləri üçün beynəlxalq seminar keçirilir.

Sports.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan "FIVB Level-2" kursuna bu gün start verilib.

İyunun 5-dək davam edəcək təlim proqramında 65 nəfər iştirak edir. Kurs iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər mayın 25-29-da, ikinci qrup üzrə isə iyunun 1-5-də keçiriləcək.

Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak edirlər. Seminarın rəhbəri FIVB məşqçi-instruktoru, professor Cengiz Akarçeşme, onun köməkçisi isə AVF-nin nümayəndəsi Nərgiz İsmayılovadır.

Kurs nəzəri və praktiki hissələrdən ibarətdir. Seminar çərçivəsində iştirakçılara müasir məşq metodikaları, oyun sistemləri, texniki-taktiki hazırlıq və məşq prosesinin düzgün təşkili kimi mövzular tədris olunacaq. Sonda təşkil olunacaq imtahandan uğurla keçən mütəxəssislər "Level-2" sertifikatına layiq görüləcəklər.

Son xəbərlər
İspaniya millisinin DÇ-2026 üçün heyəti
Xulian Alvaresin gələcəyi necə olacaq?
1-ci Liqa uğrunda pley-off matçının təyinatları açıqlandı
1-ci Liqanın bombardiri mükafatlandırıldı
Premyer Liqaya vəsiqə uğrunda oyunu Tural Qurbanov idarə edəcək
“Barselona”nın müdafiəçisi satışa çıxarıla bilər
Bakıda FIVB-nin dəstəyi ilə məşqçi kursu start götürüb
Millimizin Avropa çempionatı üçün yekun heyəti bilindi
“Araz-Naxçıvan”dan Tərlan Əhmədli ilə yeni müqavilə
Müdafiəçisi “Real”dan ayrılmaq istəmir
“Şamaxı”da ayrılıq
PFL Mikelsi mükafatlandırdı
Mövsümün son matçında heç-heçə - VİDEO
PSJ “Roma”nın qapıçısına göz dikib
Nəriman yenə oynamadı
“Deportivo” La Liqaya qayıtdı
“Araz-Naxçıvan” Əfran İsmayılovla yolları ayırdı
Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
U-14 Qızlar Liqasının qalibləri mükafatlandırıldı
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul edilib
“Bayer”də baş məşqçi dəyişikliyi gerçəkləşə bilər
Verdaska ilə müqavilənin müddəti uzadıldı
Millimiz Dünya Kubokunda altıncı oldu
“Fənərbağça” “Milan”ın ulduzu uğrunda mübarizəyə qoşuldu
MillimizQəbələdə hazırlıq keçəcək
A Seriyasının ən sərrast qolçusu məlum oldu
Salah “Livepul”la vidalaşdı
Premyer Liqanın yeni rekordçusu
A Seriyasında mövsüm yekunlaşdı
“Çelsi” avrokuboklardan kənarda qaldı
DAHA ÇOX

Ən çox oxunanlar