Millimiz Dünya Kubokunda altıncı oldu

Millimiz Dünya Kubokunda altıncı oldu

Qılıncoynatma üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda altıncı yeri tutub.

Sports.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma komanda yarışında 24 ölkə arasında 6-cı olub.

İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn sablyaçılar ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya kollektivini 45:39 hesabı ilə məğlub edib.

Bürünc medalın bir addımlığında olan milli yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Görüş rəqibin 45:44 hesablı qələbəsi ilə başa çatıb.

Komanda 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya kollektivinə 42:45 hesabı ilə uduzub.

Son xəbərlər
“Deportivo” La Liqaya qayıtdı
“Araz-Naxçıvan” Əfran İsmayılovla yolları ayırdı
Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
U-14 Qızlar Liqasının qalibləri mükafatlandırıldı
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul edilib
“Bayer”də baş məşqçi dəyişikliyi gerçəkləşə bilər
Verdaska ilə müqavilənin müddəti uzadıldı
Millimiz Dünya Kubokunda altıncı oldu
“Fənərbağça” “Milan”ın ulduzu uğrunda mübarizəyə qoşuldu
MillimizQəbələdə hazırlıq keçəcək
A Seriyasının ən sərrast qolçusu məlum oldu
Salah “Livepul”la vidalaşdı
Premyer Liqanın yeni rekordçusu
A Seriyasında mövsüm yekunlaşdı
“Çelsi” avrokuboklardan kənarda qaldı
“Milan” Çempionlar Liqasını əldən verdi
“Yuventus” Çempionlar Liqasından kənarda qaldı
“Komo” Çempionlar Liqasına vəsiqə qazandı!
La Liqada mövsümə yekun vuruldu
“Roma” İtaliya çempionatının bürünc medalını qazandı
“Vilyarreal” İspaniya La Liqasının bürünc medalını darmadağınla qazandı
“Vest Hem” İngiltərə Premyer Liqasın tərk etdi
“Napoli” İtaliya çempionatının gümüş medalçısı oldu
“Tottenhem” xilas oldu
Çempion mükafatına qovuşdu
Premyer Liqada mövsümə yekun vuruldu
“Roma” “Korintians”ın hücumçusu ilə maraqlanır
Beynəlxalq yarışın sonuncu gününün qalibləri bəlli oldu
Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media tur
Azərbaycan karateçilərindən AÇ-də 9 medal
DAHA ÇOX

Ən çox oxunanlar