Azərbaycan futbolu
Millimiz İtaliya yığması ilə üz-üzə

29.05.2026 | 11:20
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.
Sports.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək.
"Tipos Arena"da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.
Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib - 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib - 0:0.
Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.
Son xəbərlər





























