Azərbaycan futbolu
"Marafon"un yeni baş məşqçisi bilindi

29.05.2026 | 11:11
2-ci Liqaya yüksələn "Marafon"un yeni baş məşqçisi Ceyhun Cavadov olacaq.
Sports.az xəbər verir ki, Sabirabad təmsilçisi məşqçi kimi "Xankəndi"nin 1-ci Liqaya yüksəlməsində böyük pay sahibi olan Cavadovla bu gün müqavilə imzalayacaq.
33 yaşlı gənc mütəxəssis hazırda həmçinin “Şəfa” klubunun U-16 komandasının baş məşqçisidir.
O, bundan əvvəl 2 il müddətində “Səbail” klubunun U-17 komandasını çalışdırıb.
U-21 millimizin sabiq üzvü futbolçu karyerası ərzində “Neftçi”, “Rəvan”, “Sumqayıt”, “Kəpəz”, “Şəfa” və digər klubların formasını geyinib.
Qeyd edək ki, Ceyhun Cavadov veteran mütəxəssis Ağasəlim Mircavadovun qardaşının nəvəsidir.
Son xəbərlər





























