Dünya futbolu
Ukraynalı futbolçu “Borussiya”da

29.05.2026 | 15:30
Ukrayna millisinin və Donetsk “Şaxtyor”unun müdafiəçisi Yefim Konoplya karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sports.az xəbər verir ki, 26 yaşlı futbolçunun yeni klubu Münhenqladbax “Borussiya”sı olub.
Tərəflər müddəti 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
Ukraynalı müdafiəçi “Şaxtyor”un yetirməsidir. O, Ukrayna millisinin heyətində keçirdiyi 27 oyunda 2 qolla yadda qalıb.
Münhenqladbax təmsilçisi ötən mövsüm Bundesliqanı 38 xalla turnir cədvəlinin 12-ci pilləsində başa vurub.
Son xəbərlər





























