Millimiz bu gün Qazaxıstanla qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.
Sports.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.
Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, 1/8 finalın digər 4 oyunu dünən baş tutub:
Bosniya və Herseqovina - Macarıstan 2:2 (p. - 2:3)
Bolqarıstan - Fransa 6:1
Polşa - Gürcüstan 1:1 (p. - 2:3)
Ukrayna - Portuqaliya 3:1
Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.





























