Dünya futbolu
Milner karyerasını başa vurdu

01.06.2026 | 15:15
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner peşəkar karyerasını yekunlaşdırıb.
Sports.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi sosial şəbəkələr vasitəsilə yaşıl meydanlarla vidalaşdığını açıqlayıb.
Son 3 mövsümü "Brayton"da keçirən C.Milner İngiltərə Premyer Liqasında 658 matçda iştirak edib ki, bu da turnir tarixində rekorddur.
Qeyd edək ki, karyerası ərzində yalnız İngiltərə klublarında çıxış etmiş C.Milner "Brayton"la yanaşı, "Liverpul", "Mançester Siti", "Aston Villa", "Nyukasl" və "Lids"də forma geyinib. 3 dəfə İngiltərə çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olan təcrübəli futbolçu ümumilikdə 13 titul qazanıb.
Son xəbərlər





























