\"İnanırıq ki...\" - Fərid Qayıbov

“Keçirdiyimiz bütün tədbirlər idmanın inkişafı üçündür. İnanırıq ki, regionlarımızda idmanla məşğul olan gənclərin sayı daha da artacaq. Çünki dövlət tərəfindən bu istiqamətdə hər cür şərait yaradılıb”.

Sports.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Qubada təşkil olunan paraddan sonra jurnalistlərə açıqlamasında deyib. O, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib: "19 il öncə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu il əksər idman tədbirlərini İdman paytaxtı Qubada keçirməyə çalışırıq. Ona görə də idman bayramımızı da məhz burada qeyd etdik. Burada möhtəşəm ab-hava var. Qubaya xaricdən də qonaqlarımız gəlib".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar