Slot “Liverpul”un yeni baş məşqçisi ola bilər

Yaxın 48 saat ərzində “Liverpul” “Feyenoord”u çalışdıran Arne Slotun “qırmızılar”ın yeni baş məşqçisi olacağını açıqlaya bilər.

Sports.az xəbər verir ki, hazırda “Liverpul” və “Feyenoord” arasında niderlandlı mütəxəssislə bağlı fəal danışıqlar gedir.

Mersisaydlıların Slotun erkən gedişinə görə “Feyenoord”a 13 milyon funt-sterlinq (15,1 milyon avro) məbləğində təzminat ödəməli olacağı vurğulanır. Bu məbləğ 45 yaşlı mütəxəssislə yanaşı, “Feyenoord”un məşqçilər qərargahının bir hissəsinin də Niderland klubunu tərk edəcəyi ilə bağlıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar