“Bakı” qələbə qazandı, liderə yaxınlaşdı

Kişi həndbolçular arasında Azərbaycan çempionatında 13-cü turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, ilk matçda "Qarabağ" "Dinamo"nu məğlub edib - 47:30.

Digər qarşılaşmalarda “Bakı” “İdman Akademiyası”na (20:12), "Azəryol" isə “Təhsil”ə (48:30) qalib gəlib.

Bu turda istirahət edən "Kür" 19 xalla liderdir. "Bakı" 18 xalla ikinci pillədədir. "Azəryol" 16, "Qarabağ" 15 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”də isə 2 xal var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar