Digər
Orxan Məmmədov millinin baş məşqçisi və federasiya rəsmiləri ilə görüşdü
28.03.2024 | 22:40
Azərbaycan Minifutbol Federasiyasının növbəti iclası keçirilib.
Sports.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda cari ildə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb və müəyyən qərarlar qəbul edilib.
AMF-nin prezidenti Orxan Məmmədov qarşıdan gələn Avropa çempionatına yollanacaq millinin baş məşqçisinin hazırlıq planı ilə tanış olub və komandaya uğurlar arzulayıb.