Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

Yeniyetmə və gənc qılıncoynadanlarımız Səudiyyə Ərəbistanında keçirilən dünya birinciliyində çıxışını başa vurub. 

Sports.az xəbər verir ki, Zərifə Hüseynova, Fərəh Abasova, Züleyxa Sultanlı və Valentina Zeynalova gənc qız sablyaçıların komanda yarışında Bolqarıstan yığmasına 32:45 hesabı ilə məğlub olub.

Şəxsi yarışda Zərifə Hüseynova ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə mübarizəni dayandırıb. Yeniyetmə sablyaçıların şəxsi yarışında Valentina Zeynalova ən güclü 64-lüyə kimi irəliləməyi bacarıb.

Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət millimiz isə gənc oğlan sablyaçılarımız isə komanda yarışında Almaniya seçmə kollektivinə 43:45 hesabı ilə uduzub. Şəxsi yarışda qrup mərhələsini uğurla başa vuran oğlan sablyaçılarımız ən güclü 64-lüyə yüksələ bilməyib. Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Timur Husnaddinov və Nahid Məmmədli ən güclü 64-lükdə çıxışını başa vurub.

Qılıncoynatmanın şpaqa növündə Xədicə Həsənli, Aynur Quliyeva, Azərin İdriszadə və Nəzrin Mehdiyevan ibarət komandamız Çin yığmasına 36:45 hesabı ilə uduzub. Şəxsi yarışda Xədicə Həsənli ən güclü 64-lüyə yüksəlib. 

Səid Əliyev, Vahab Fətullayev, Mirxətai Məmmədov və Emin Səfərbəyovdan ibarət gənc oğlan şpaqaçılardan ibarət millimiz ilk görüşdə Niderland yığmasına 45:43 hesabı ilə qalib gəlsə də, ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə eston rəqiblərinə 30:45 hesabı ilə uduzub. Oğlan şpaqaçıların şəxsi yarışında Vahab Fətullayev və Mirxətai Məmmədov pley-offda məğlub olub. Vaha Fətullayev yeniyetmələrin yarışında 64-lüyə kimi irəliləməyi bacarıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar