AGF rəhbərliyi memorandum imzaladı

Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında Anlaşma Memorandumu imzalanıb.

Sports.az xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müqavilə bədii gimnastikanın inkişafı və təbliği məqsədilə imzalanıb.

Memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Baham adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn tərəfindən imzalanıb.

Bu əməkdaşlığın federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar