“Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsinin qalibi bəlli oldu

“Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsinin qalibi bəlli oldu

Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibi olub.

Sports.az xəbər verir ki, üçüncü mərhələ 162,9 kilometr məsafəni əhatə edib.

O, məsafəni 3 saat, 26 dəqiqə, 43 saniyəyə qət edib. Belçikalı Dyupon Timoti ("Tarteletto-İsorex") ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Ötən gün isə "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov ikinci mərhələnin qalibi olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Son xəbərlər
Üçüncü mərhələnin medalçıları mükafatlandırıldı
Millimiz Macarıstana təlim-məşq toplanışına yollandı
“Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsinin qalibi bəlli oldu
Dembele ən yaxşı seçildi
“Araz-Naxçıvan”da ayrılıq
“Atletiko”nun müdafiəçisi mövsümü erkən bitirdi
Alissonun “Yuventus”a keçə biləcəyi şərt məlum oldu
La Liqanı tərk edəcək ilk komanda bilindi
Günün oyunları – TV
MS müdafiəçisini “İnter”ə buraxmayacaq
Şahmatçılarımız üçün Astana sınağı
“Sabah” və “Zirə” 31-ci dəfə üz-üzə gələcək
“Milan”ın baş məşqçisi vəzifəsinə iki namizəd var
Spalletti Vlahoviçlə bağlı qərar qəbul etdi
“Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır
Alleqri “Atalanta”ya məğlubiyyəti şərh etdi
“Komo” avrokuboklarda mübarizə aparacaq
“Tottenhem” qələbəni əldən verdi
Son oyunda heç-heçə
“Napoli” evdə uduzdu
“Vulverhempton” əsas ulduzunu satmağa hazırdır
ÇL-in final matçının hakimləri açıqlandı
“Liverpul” “Monako”nun yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycan atıcılarından AÇ-də bürünc medal
Müdafiəçisi “Brayton”dan ayrıla bilər
Ömər və Qurban Avropa çempionatının finalında
“Bayern” müdaifəçisi ilə müqaviləsini yeniləməyə yaxındır
Zeynalovdan AÇ-də gümüş medal
“Çelsi” yarımmüdafiəçisi ilə bağlı qərar qəbul etdi
“Bakı–Xankəndi” velosiped yarışına maraq yüksək səviyyədədir”
DAHA ÇOX

Ən çox oxunanlar