Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Bakıda 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib.

Sports.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir velosiped nəqliyyatının təşviqi, sağlam həyat tərzinin təbliği və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədi daşıyıb.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan veloyürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilər Dənizkənarı Bulvar ərazisi ilə hərəkət ediblər.

Tədbir çərçivəsində iştirakçılar Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən dünya ölkələrinin milli federasiyalarına göndərilmiş təbliğat xarakterli materiallar və məlumatlandırıcı məhsullarla da tanış olublar. Bu təşəbbüs velosiped idmanının və gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin üstünlükləri barədə ictimai məlumatlılığın artırılmasına xidmət edib.

Veloyürüş zamanı velosipedin ekoloji cəhətdən təmiz, əlçatan və dayanıqlı nəqliyyat vasitəsi olduğu bir daha vurğulanıb. Tədbir iştirakçıları şəhər mühitində velosiped infrastrukturunun inkişafının vacibliyini qeyd edərək, bu nəqliyyat növünün həm ətraf mühitin qorunmasına, həm də vətəndaşların sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin aprelində qəbul etdiyi Qətnamə ilə 3 iyun tarixini Ümumdünya Velosiped Günü elan edib. Bu gün dünyanın müxtəlif ölkələrində velosiped mədəniyyətinin təşviqi, yol hərəkəti təhlükəsizliyinin artırılması və dayanıqlı nəqliyyat həllərinin dəstəklənməsi məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.
 

Son xəbərlər
Hansen Avropa nəhənglərinin diqqət mərkəzindədir
Millimiz Dünya Kubokunda pley-in mərhələsinə yüksəldi
“İnter” Maquayrla bağlı qərar qəbul etdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
Urbiq “Bayern”i tərk edə bilər
AGF-də tibbi məsələlərlə bağlı iclas keçirilib
Millimiz Çexiyaya qalib gəldi
“Real” cinah müdafiəçisi axtarışındadır
Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verildi
İngiltərə nəhəngləri “Milan”ın ulduzu ilə bağlı sorğu ünvanladılar
AFFA üç kluba texniki məğlubiyyət verdi
FIBA-nın milli təlimçisi Bolqarıstanda seminarda iştirak edib
PSJ “Vest Hem”in yarımmüdafiəçisini hədəfə aldı
Onur Quluzadə üçün İsveç sınağı
Millimiz Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq
“Tottenhem” müdafiəçisini “Real”a buraxmayacaq
AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi
Azərbaycan avarçəkənləri Uralsk reqatasını medallarla başa vurublar
“İnter” “Atalanta”nın cinah hücumçusu uğrundan mübarizəyə qoşuldu
“Gəncə”dən Ukrayna millisinə
Günün oyunları – TV
Dünyanın ən bahalı yarımmüdafiəçisi açıqlandı
Kyezanın niyyəti məlum oldu
Millimiz Dünya Kubokunda daha iki oyun keçirəcək
“İnter” müdafiəçisinə yeni müqavilə təklif etdi
“İnter” qapçı mövqeyi ilə bağlı qayğılıdır
Millimizin Macarıstanla oyununa hakim təyinatları açıqlandı
Dünyanın ən bahalı hücumçuları açıqlandı
“Zalsburq”un gənc istedadı “Milan”a keçmək istəmir
DAHA ÇOX

Ən çox oxunanlar