Ağır atletlərimiz dünya birinciliyinə qatılacaqlar

25 mart – 1 aprel tarixlərində Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək.

Sports.az xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatılacağı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayacaq.

Komandamız aşağıdakı heyətlə çıxış edəcək:

Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq), Ravin Alməmmədov (73 kq).

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar