“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 18-ci turunun üçüncü oyunu baş tutub.

Sports.az xəbər verir ki, "Sərhədçi" və "Neftçi" klublarının qarşılaşdığı oyunu "Neftçi" 73:69 hesablı qələbə ilə tamamlayıb.

Bu qələbə ilə "Neftçi" müntəzəm mövsümü 5-ci pillədə tamamlayıb və pley-offda "Xırdalan"ın rəqibi olub. Müntəzəm mövsümü 6-cı sırada bitirmiş "Sərhədçi" isə pley-offda "Xəzri" ilə qarşılaşacaq.

Ən məhsuldar basketbolçular "Sərhədçi"də Kaleb Hanter (20 xal, 11 ribaund), "Neftçi"də isə Ceyms Haforn (22 xal, 9 ribaund) olub.

Pley-off oyunları may ayında start götürəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar