“Bayern” Subimendinin çıxışını izləməkdə davam edir

“Bayern” yarımmüdafiəçi mövqeyini gücləndirməyə əsas namizədlərdən biri olan, “Real Sosyedad”ın ispan yarımmüdafiəçisi Martin Subimendinin çıxışını izləməyə davam edir.

Sports.az xəbər verir ki, Subimendinin özü də Almaniyadan olan marağın fərqindədir və yayda Münhenə transferin əleyhinə deyil.

Transfer məbləğinin 60 milyon avro ola biləcəyi bildirilir. Bu halda Subimendi ilə bağlı son qərarı “Bayern”in yeni baş məşqçisi verəcək.

Xatırladaq ki, “Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel cari mövsümün bitməsi ilə klubdan ayrılacağını açıqlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar