Millinin qapıçısı əməliyyat olundu - AÇ-2024-ü buraxacaq

Futbol üzrə İngiltərə milli komandasının və "Kristal Pelas" klubunun qapıçısı Sem Constoun mövsümün qalan hissəsini və AÇ-2024-ü zədə səbəbindən buraxacaq.

Sports.az xəbər verir ki, qolkiper dirsək nahiyəsindən aldığı zədəyə görə əməliyyat olunub.

O, Belçika millisi ilə matçdan öncə keçirilən məşqdə zədələnib. Həkimlər onun 4 aya qədər yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. İngiltərə millisinin ikinci qapıçısı olan Constounun bununla da qitə birinciliyində yığmaya kömək edə bilməyəcəyi dəqiqləşib.

İngiltərə millisi AÇ-2024-ün final mərhələsində C qrupunda Sloveniya, Danimarka və Serbiya ilə mübarizə aparacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar