Fernando Torres Yurgen Klopp haqda: “O, xüsusidir”

“Liverpul”un keçmiş hücumçusu və Madrid “Atletiko”sunun gənclər komandasının baş məşqçisi Fernando Torres “qırmızılar”ın baş məşqçisi, alman mütəxəssis Yurgen Klopun İngiltərə klubundakı işi haqqında fikirlərini paylaşıb.

Sports.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onun “Liverpul”la müqavilə imzaladığını görəndə çox sevindim, çünki Klopdan aydın oldu ki, o, azarkeşlərlə əlaqə yaradıb - o bunu Almaniyada “Maynts”da etdi, Dortmundda etdi, “Liverpul” isə daha da xüsusi klubdur. Futbolçular, məşqçilər və azarkeşlər arasındakı əlaqəsi heyrətamizdir. Doqquz mövsümdən sonra onun nələr etdiyini görə bilərsiniz və onun xüsusi olduğunu düşünürəm”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar