Terziç “Borussiya”nın sükanı arxasında qala bilər

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç mövsümün sonunda vəzifəsini saxlaya bilər.

Spors.az xəbər verir ki, “Borussiya” Bundesliqanın ilk dördlüyünə düşə bilməsə, o zaman rəhbərlik mütəxəssisin istefaya göndərilməsi seçimini nəzərdən keçirəcək.

Terziçin gələcəyinə Çempionlar Liqasının 1/4 finalında Madrid “Atletiko”su ilə iki oyunluq qarşıdurmanın nəticəsinin təsir edəcəyi də vurğulanır.

Daha əvvəl bildirilmişdi ki, “Borussiya” rəhbərliyi komandanın Bundesliqanın cari mövsümündəki nəticələrindən narazıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar