“Xabi Alonso üçün Yurpen Klopu əvəzləmək cəhdi çox risklidir” - Babel

“Liverpul”un və Niderland yığmasının sabiq hücumçusu Rayan Babel “Bayer”in baş məşqçisi, ispan mütəxəssis Xabi Alonsonun İngiltərə klubuna mümkün təyinatı haqda danışıb.

Sports.az xatırladır ki, daha əvvəl, “Liverpul”un Xabi Alonsonu, 2023/2024 mövsümünün sonunda klubdan ayrılacaq alman mütəxəssis Yurgen Klopun yerinə əsas namizədlərdən biri kimi nəzərdən keçirdiyi məlum olub.

“Düşünürəm ki, bu, onun üçün çox riskli olardı. Əlbəttə, Alonso yeni başlayan yaxşı məşqçidir, amma “Bayer”lə “Liverpul” arasındakı fərq odur ki, Leverkuzendə uğur qazansan hər şey qaydasındadır, amma Mersisayd klubunda uğur qazanmalısan. İndi “Liverpul”un dəvətini qəbul etmək üçün mükəmməl vaxt olsa da, Klopu əvəz etməyə çalışmağın risk olduğuna inanıram. Bunu etmək çox çətin olacaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar